Murad Adcı. Türk və dünya: munis tariximiz Ruscadan tərcümə edən: Tofiq Hacıyev
Kitabda türkün tarixin dərinliyindəki xidmətlərindən, mədəniyyət tarixindən, tarixi coğrafiyasından, Asiya və Avropanın demoqrafik təşəkkülündəki rolundan danışılır. Attilanın yaratdığı Dəşti-Qıpçaq dövlətinin əzəməti, türk hərb sənətinin möhtəşəmliyi göstərilir. Türkün Böyük Köçü ilə qədim Sibir-türk mədəniyyətinin Avropaya nüfuzu, Avropanın xristianlaşmasında, onun bütpərəstlikdən çıxmasında türkün, bilavasitə Attilanın xidmətləri işıqlandırılır. Avropa və rus tarixçilərinin bu zəngin, humanist tarixin üstünə çəkdikləri qara örtük açılır, türkün obyektiv tarixindən geniş oxucu kütləsinə elmi-kütləvi üslubda məlumat verilir.