Qənimət Əlisaoğlu «HƏBSXANA» /Kriminal trilogiya/ /18+/ Lənət qapısı. Bayıldan başlayan yol. Qırmızı türmə
Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı üç sənədli romanı salınıb. Hər biri özünün müxtəlif illərdəki məhbəs həyatından bəhs edir.
Oxucuları bəri başdan xəbərdar edirik: «HƏBSXANA» trilogiyasını içərisində çoxlu açıq-saçıq və qəddarlıq səhnələri olduğuna görə yaşı 18-dən aşağı olanların, həmçinin əsəbləri zəif olan şəxslərin oxuması məsləhət deyil!
Kitabda ilk dəfə müəllifin çox tez-tez işlətdiyi, əksəri rusca olan 500-dək türmə jarqonlarının azərbaycanca açması verilib.
Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!
Qənimət Əlisaoğlu İsayev
(1950-2001)
* * *
Tanıyanlar müəllif haqqında bunları deyib:
– O çox riskli işlərə baş vuran bir «avtoritet» olub. Həbsxana həyatından nə yazıbsa da həqiqətdir...
Rövşən Yerfi
– O çox ciddi və mənalı adam idi. Oğru aləmində «avtoritet» sayılırdı. Həddən artıq mütaliəli adam idi. Ölümü isə çox müəmmalı oldu. Türmə həyatının «mətbəx»ini verə bilən nadir yazıçılardandır...
Murad Köhnəqala
– Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı...
Əlisəmid Kür
Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktyabrında – müstəqillik günündə özünü güllələyib (rəsmi məlumatlara görə).