Şəms Təbrizi Məqalat(söhbətlər) Çevirəni və redaktoru: Rəsul Mirhəşimli
Şəmsəddin Təbrizinin «Məqalat» əsəri təsəvvüf (sufilik) irsində qiymətli xəzinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri sufilik barədə geniş məlumatlar verir və Qurani-kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütəfəkkirləri barədə də məlumatlarla zəngindir.