Valeri Voskoboynikov Əbu Əli İbn Sina. Böyük loğman. Tərcümeyi-hal
Tərcümə edəni Zeynal Babayev
Bakı «Kitab Klubu» məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povestini diqqətinizə çatdırır. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Təsadüfi deyil ki, bu kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir. Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950-1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də çox gözəl işıqlandırıb.
Kitab yaşından asılı olmayaraq tarix, islam di¬ni və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür