Dünya xalqlarının atalar sözləri
KitabKlubu.org, 2015, 264 səh.
Tərtib və tərcümə edəni: Ayaz Vəfalı
Atalar sözləri insanların həyat tərzini və düşdüyü vəziyyətləri ifadə etmək baxımından ümumbəşəri, ayrı-ayrı xalqların həyat və məişətini əks etdirmək baxımından isə məxsusidir. Müxtəlif xalqların fərqli həyat şəraiti fərqli ifadə formalarına gətirir. Bəzi xalqların düşdüyü situasiyalar Azərbaycan oxucusuna tanış olmaya bilər. Hörmətli oxucu, diqqətinizə təqdim edilən kitab məhz bu baxımdan orijinal və maraqlı olacaqdır.