Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qal-dırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütə-fəkkirdir. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir.
Kitabımıza dahi şairin Leyli və Məcnun poeması və qəzəlləri daxil edilmişdir.
Qeyd: şairin poetik üslubuna və ifadə formasına xələl gəltirməmək üçün apostrof işarəsi olduğu kimi saxlanılmışdır
Kitabın hazırlanmasında bu nəşrlərdən istifadə olunmuşdur: “Azərbaycan Ensiklopediyası” NPB, 1995, Füzuli. 2 cilddə, “Azərbaycan” Nəşriyyatı, 1996, Füzuli. 6 cilddə