Tərcümə: Məmmədağa Sultanov, Əkrəm Cəfər, Cabbar Bağçaban, Hüseyn Bəhruz
Ömər Xəyyam (1048 - 1131) şair, riyaziyyatçı, astronom və filosof olmuşdur. İbn Sina və bir çox başqa şərqli alimlər kimi o həm də şair idi. Amma o, başqa alimlərdən fərqli olaraq həm Şərqdə və Qərbdə özünün müdriklik və satira dolu rübailəri ilə məşhurdur.
Kitabda Ömər Xəyyamın müxtəlif illərdə dilimizə tərcümə olunmuş rübailəri (o cümlədən, eyni rübailərinin müxtəlif tərcümələri) vardır.