Azərbaycanın şifahi xalq ədəbiyyatının qiymətli əsəri olan "Koroğlu" dastanında xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik və başqa xüsusiyyətlər öz parlaq bədii ifadəsini tapmışdır. "Koroğlu" eposunun bu nəşri elmi arxivlərdə qorunan mövcud qollar, həmçinin son illərdə toplanmış materiallar əsasında tərtib olunmuşdur. Bu qollar eposun süjet xəttinə müvafiq olaraq ardıcıllıqla, əsərin obrazlar sisteminin inkişaf dinamikasına uyğun sıralanmışdır.