Bu ensiklopediya Azərbaycanın görkəmli dövlət xadimi M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib. İlk dəfədir ki, M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə. Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası da verilib. Kitabda təqdim olunan çoxlu sayda fotolar, arxiv sənədləri və yeni məlumatlar M.Ə. Rəsulzadənin bir şəxsiyyət kimi böyüklüyünü bir daha təsdiqləyir. Ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.
Müəllif: Nəsiman Yaqublu
Dil: Azərbaycan
Nəşriyyat: "Kitab Klubu" MMC
Nəşr ili: 2013
ISBN: 978-9952-8202-2-5
Səhifə: 506 səh.
Format: 60x90 1/16 (170x250 мм)
Cildi: bərk
Tiraj: 500 nüsxə