F. M. Dostoyevski – “Seçilmiş əsərləri”
Kitab Klubu, 2018, 464 səh.
F.M.Dostoyevskinin yaradıcılığı rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur, Onun yaradıcılığı insanın özünü dərketmə mədəniyyətini zənginləşdirmiş və dünya ədəbiyyatında realizmin inkişaf etməsi üçün zəngin bir xəzinə olmuşdur.
Ədib qeyri-adi bir istedada malik idi; o, insan iztirablarına, alçaldılan, təhqirə məruz qalanlara daha çox həssas idi.
Böyük rus tənqidçisi Belinski deyirdi ki, o, qeyri-adi və bənzəri olmayan bir istedaddır.
Sizə təqdim etdiyimiz bu kitaba yazıçının «Bəyaz gecələr», «Netoçka Nezvanova», «Dəyyus» və «Utancaq qız» əsərləri daxil edilmişdir.